Sığortaedənlər üçün zəruri məlumat2019-03-13 | Vergilər | 19075Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş idarəsi ləğv edilib, İri sığortaedənlərlə iş idarəsinin isə adı dəyişdirilərək Bakı şəhər idarəsi adlandırılmışdır. İdarədən bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər idarəsində uçotda olan sığortaedənlər məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqları üzrə ödəmələr və məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilən müavinətlərin hesablanması və ödənilməsi ilə bağlı DSMF-nin Bakı şəhər idarəsinə müraciət etməlidirlər. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının düzgün ödənilməsi üçün bank rekvizitlərini və büdcə təsnifat kodlarını məlumat üçün oxucularımıza təqdim edirik: Məcburi dövlət sosial sığorta haqqı üzrə
B2.Alan müştəri /Beneficiary
İşsizlikdən sığorta haqqı üzrə B1.Benefisiar(alan) bank
B2.Alan müştəri /Beneficiary
Xüsusi hesab (Penya, cərimə və maliyyə sanksiyaları üzrə) B1.Benefisiar(alan) bank
B2.Alan müştəri /Beneficiary
Əlavə məlumat almaq üçün Bakı şəhəri, Ziya Bünyadov pr.1965-ci məhəllə, “Çinar park” Biznes mərkəzi, bina 6, giriş 2, mərtəbə 4 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər idarəsi ilə əlaqə saxlaya bilərsiniz. Telefon: (012) 562-20-11, 562-33-59, 562-10-86, 562-10-79 E-mail: bsi-dsmf@mlspp.gov.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.