e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergilər nazirinin müavini: "Azərbaycanda markalanmış məhsulların izlənməsi mümkün olacaq" - EKSKLÜZİV

2019-04-05 | İqtisadiyyat | 2497

Vergilər Nazirliyi markalanmış mal və məhsulların mənşəyinin müəyyən edilməsi və izlənməsi ilə bağlı yeni qanun hazırlayır.

Bunu "Report"a ekskluziv açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

İ.Vəliyevin sözlərinə görə, "Track & trace" (təqib et və izlə) məsələlərini özündə əks etdirən yeni qanunvericilik bazası bu ilin ortalarınadək hazır olacaq: "Hazırda qaydaların hazırlanması prosesi gedir. Yalnız qanunvericilik bazası ilin ortalarına qədər hazırlanıb tamamlanacaq. Amma tətbiqi bir qədər vaxt apara bilər”.

Nazir müavini əlavə edib ki, bununla bağlı xüsusi mobil əlavə də istifadəyə veriləcək: "Track & trace" imkan verəcək ki, markalanmış mal və məhsulların mənşəyini, onun hazırlanması üçün keçdiyi bütün mərhələlər haqqında məlumat əldə edilsin. Bu əsasən hazırlanacaq mobil əlavələr və digər vasitələrlə mümkün olacaq".

Mənbə: https://report.az/maliyye/markalanmis-mehsullarla-bagli-yeni-qanun-layihesi-hazirlanir/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.