Alış-veriş edən vətəndaş ƏDV-ni nə vaxtdan geri ala biləcək? - AÇIQLAMA2019-04-19 | Vergilər | 36001 yanvar 2019-cu ildən qüvvəyə minən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, ticarət və iaşə müssisələrində ödənişlər zamanı tutulan verginin (ƏDV-nin) bir hissəsi müştəriyə qaytarılmalıdır. Vergi Məcəlləsinə dəyişikliklərin qüvvəyə minməsi ilə bağlı prezidentin fərmanında bu məsələ 1.1.14-cü bənddə əksini tapıb. Həmin maddədə Nazirlər Kabinetinə 3 ay müddətində vergilərin geri qaytarılması, daha dəqiqi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli idi. Fərman verilən vaxt mexanizm hazır olmadığı üçün vətəndaşların verginin onlara çatan hissəsini bir neçə aydan sonra alacağı açıqlanmışdı. Lakin fərmandan 3 ay keçməsinə baxmayaraq, Nazirlər Kabineti hələ də qaydaları təsdiqləməyib. Məsələ ilə bağlı Vergilər Nazirliyindən FED.az-a bildirilib ki, ƏDV-nin geri qaytarılması üçün mexanizmi müəyyən edən qaydalar hazır olmalıdır. Həmçinin qeyd olunub ki, nağd qaydada əməliyyatlar zamanı qaytarılacaq kassa çeklərinə yeni tələblər olduğu üçün yeni nəsil kassalar olmalıdır. Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət Departamentinin baş direktoru Ələkbər Məmmədovun sözlərinə görə, 2021-ci ilin 1 yanvar tarixinə qədər bütün ölkə üzrə onlayn nəzarət-kassa aparatlarının tətbiqi başa çatacaq. Nazirlər Kabinetinin təsdiq etdiyi nəzarət-kassa aparatlarının tətbiqi qrafikinə əsasən, mexanizm 4 mərəhələdə həyata keçiriləcək və tam olaraq, 2022-ci il 31 dekabradək yekunlaşdırılacaq Qrafikə görə, I mərhələ Bakı şəhəri üzrə iri ticarət mərkəzləri (“Mall” tipli), şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələri 2019-cu il 1 iyul tarixinədə, Azərbaycan Respublikasının bütün kənd və qəsəbələri üzrə isə 1 oktyabr 2019-cu ilədək nəzarət-kassa aparatları ilə təmin ediləcək. II mərhələ Bakıda mebel satışı üzrə ixtisaslaşmış müəssisələr (1 oktyabr 2019-cu ilədək) ixtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyiciləri, şadlıq evləri 1 iyul 2019-cu ilədək, Azərbaycan Respublikasının bütün kənd və qəsəbələri üzrə isə 1 oktyabr 2019-cu ilədək yekunlaşacaq. III mərhələ Əlavə Dəyər Vergisi ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) bütün qeyd olunan şəhərlər üzrə 1 yanvar 2020-ci ilədək başa çatacaq. IV mərhələ digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərinin (obyektləri) nəzarət-kassa aparatları ilə təmini Bakı, Gəncə, Sumqayıt üzrə 1 aprel 2021-ci ilədək, Azərbaycan Respublikasının bütün kənd və qəsəbələri üzrə isə 2022-ci il 31 dekabradək yekunlaşdırılacaq. Bu Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları müəyyən edilmiş müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməlidir. Bu Qrafik təsdiq edildikdən sonra yeni uçota alınan təsərrüfat subyektlərində (obyektlərində) Qrafikə uyğun olaraq, quraşdırılacaq nəzarət-kassa aparatları Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir. Qaydalara görə, ödənişi post terminallar və kassa çeki ilə edənlər ƏDV-nin 15% və 10%-ni geri alacaqlar. Qeyd edək ki, Azərğaycanda ƏDV dərəcəsi 18% olduğundan hər 100 manata 18 manat vergi hesablanır. Nəticədə ödənişi POS terminalla edən müştərilər alqı-satqının 2,28%-i yəni hər 100 manata görə, 2,28 manat, kassa çeki ilə edənlər isə 1,8%-i yəni 1,8 manat ödəniş alacaqlar. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.