e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

QHT-lər üçün yeni Mühasibat uçotu qaydalarına dair təlimlər davam edir.

2019-05-04 | Mühasibat uçotu | 3683

“Gənc Mühasiblər” İctimai BirliyiGMB Klaster Konsaltinq şirkətinin təşkilatçılığı ilə "Qeyri-Hökumət Təşkilatları tərəfindən İctimai sektor üçün Mühasibat uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən mühasibat uçotunun aparılması qaydaları" layihəsi üzrə təlimlər davam edir.

Layihə çərçivəsində Bakı və Şirvan şəhərlərində yeni mühasibat uçotu qaydalarına dair təlimlər artıq həyata keçirilmişdir. Növbəti təlimlərin isə Gəncə və Quba şəhərlərində QHT-lərin iştirakı ilə təşkil edilməsi nəzərdə tutulmuşdur. Təlimlər Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən keçirilir.

Yeni mühasibat uçotu qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2019-cu il tarixli qərarı ilə bütün QHT-lər üçün məcburidir. Həmçinin layihə çərçivəsində 2019-cu ilin sonuna qədər qaynar xətt xidməti fəaliyyət göstərəcək.

Maliyyə sənədlərində yeni qaydalardan irəli gələn və maliyyə hesabatları verilən zaman yaranan problemlərlə bağlı suallarınızı Qaynar xəttə ünvanlaya bilərsiniz.

Qaynar xətt: 012 565 57 23

Mənbə:


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.