Azərbaycanda maliyyə təşkilatları və müştərilər üçün yeni elektron platforma yaradılır2019-05-17 | Accountsoft | 2997Azərbaycanda maliyyə təşkilatları və müştərilər üçün yeni elektron platforma yaradılır. “ASAN Finance” portalının yaradılması istifadəçilərin xərclərini 4,3 dəfə, sərf olunan vaxtı isə 6 dəfə azalacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Elektron Hökumətin İnkişaf Mərkəzinin Strateji inkişaf və kommunikasiya departamentinin rəhbəri Soltan Bayramov Maliyyə və Texnologiyalar Sammitində “Elektron hökumətin “fintex”də rolu” mövzusunda çıxışında deyib. “Hazırda “ASAN Finance” layihəsi üzərində işlər gedir. Bu layihə bank, bank olmayan kredit təşkilatları və sığorta şirkətlərinin kağız daşıyıcılardan istifadəsinin minimuma endirilməsini nəzərdə tutur”,- deyə S.Bayramov bildirib. O qeyd edib ki, yaxın günlərdə bu layihə ilə bağlı geniş məlumat veriləcək. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.