e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Maliyyə qurumlarında baş mühasib vəzifəsi tutanlar ilə bağlı sərəncam

2019-05-25 | Mühasibat uçotu | 5414

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Maddə 1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 37.2.1-1-ci maddə əlavə edilsin:

“37.2.1-1. baş mühasib və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır;”;

1.2. 44.1.3.3-cü maddədən “mühasibat balansları, mənfəət və zərərlər haqqında” sözləri çıxarılsın;

1.3. aşağıdakı məzmunda 78.9-cu maddə əlavə edilsin:

“78.9. Sığortaçı tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir.”;

1.4. 91.2-ci maddəyə “malik olmalıdır” sözlərindən sonra “, baş mühasib və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır” sözləri əlavə edilsin;

1.5. 100.1.1-ci maddədə “mühasibat sənədlərini, o cümlədən ilkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, kitablarını, jurnallarını” sözləri “mühasibat uçotu sənədlərini” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8.2-ci maddənin ikinci cümləsinə “malik olmalıdır” sözlərindən sonra “, baş mühasib və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 20.4-cü maddə əlavə edilsin:

“20.4. BOKT tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir.”.

Maddə 3. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 24.4.3-cü maddədə “maliyyə” sözü “mühasibat” sözü ilə əvəz edilsin;

3.2. 30.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“30.2. İnvestisiya fondları və onların idarəçiləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna uyğun olaraq mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edirlər.”;

3.3. aşağıdakı məzmunda 40.2-1-ci maddə əlavə edilsin:

“40.2-1. Səhmdar investisiya fondunun və idarəçinin baş mühasibi və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır.”;

3.4. 46.20.2-ci maddədə “mühasibat balansı” sözləri “maliyyə hesabatları” sözləri ilə əvəz edilsin;

3.5. aşağıdakı məzmunda 48.1.13-1-ci maddə əlavə edilsin:

“48.1.13-1. investisiya fondları və onların idarəçiləri tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarət edilir;”.

Maddə 4. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 63.2-1-ci və 83.0.10-1-ci maddələr əlavə edilsin:

“63.2-1. Lisenziyalaşdırılan şəxslərin baş mühasibi və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır.”;

“83.0.10-1. qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarət etmək;”.

Maddə 5. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikası Qanununun6.1-ci maddəsində

“mühasibat sənədləri” sözləri (hər iki halda) “mühasibat uçotu sənədləri” sözləri ilə əvəz edilsin.

Qanunun mətninə buradan baxa bilərsiniz.

Sərəncamın mətninə buradan baxa bilərsiniz.

Mənbə: https://president.az/articles/33233


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.