Vergilər Nazirliyinin "qara siyahısı"2014-09-04 | Vergilər | 2615Azərbaycan Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyicilərin "qara siyahı"sını açıqlayıb. "APA-Economics"in Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, "qara slyahı"ya ümumilikdə 10 fiziki və hüquqi şəxs daxil edilib. Siyahıya Gəncə şəhərində qeydiyyata alınan fiziki şəxslər Qurbanov Qədir Məmməd oğlu, Qocayeva Şərqiyyə Mustafa qızı və Şirinov Rəşad Behbud oğlu, Gəncə Azərbaycan-Türkiyə Özəl Litseyi , "Jardin Royal" MMC, "Əsgəroğlu" MMC və "Turanfarm" MMC daxil edilib. Həmçinin "qara siyahı"da Daşkəsən rayonunda qeydiyyata alınan Sadıqov Ələddin Əli oğlu, Goranboy rayonundan qeydiyyata alınan Məmmədov Rakif Danyel oğlu və Göygöl rayonunda hüquqi şəxs kimi fəaliyyət göstərən "Dostluq" MMC-nin adlı var. Mənbə: http://www.apa.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.