e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək

2019-06-14 | Vergilər | 3301

Mal dövriyyələrinin rəsmiləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu ilin ilk 5 ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən qeyri-neft sektorunda 6,3 faiz artım qeydə alınıb. Malların elektron qaimə-fakturalarla rəsmiləşdirilməsi nəticəsində baş verən artımlar isə daha yüksək olub.

Vergilər Nazirliyi yaxın gələcəkdə elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının vahid sənəd halında birləşdirməyi nəzərdə tutur. Bu yenilik reallaşdıqdan sonra elektron qaimə-fakturaların üzərində "Elektron vergi hesab-fakturası" yazılmayacaq.

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov jurnalistlərə açıqlamasında bildirib ki, elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının birləşdirilməsi təşəbbüsü sahibkarlarla keçirilən görüşlərin nəticəsində ortaya çıxıb: "Həmin təkliflərin artıq bir qismi nəzərə alınıb və texniki sifarişlər əsasında elektron qaimə-fakturaların təkmilləşdirilməsi həyata keçirilir. Növbəti illərdə elektron qaimə-faktura və elektron vergi hesab-fakturalarının birləşdirilməsi ilə yanaşı, elektron qaimə-fakturaların fəaliyyət növləri üzrə fərqləndirilməsi də nəzərdə tutulur".

N.Şirinov bildirib ki, sahibkarlarla keçirilmiş görüşlərdə elektron qaimə-fakturaların özünün təkmilləşdirilməsi ilə də bağlı çoxlu təkliflər səsləndirilib.

Mənbə: https://vergiler.az/news/taxes/2554.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.