Mikayıl Cabbarov: Vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq2019-06-14 | Vergilər | 3077"Hesab edirəm ki, Azərbaycanda aparılan bir sıra islahatların nəticələri müsbətdir. Bu xüsusən də vergi yoxlamalarının və vergi yükünün azaldılmasında özünü göstərir". "Report" xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumunda çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir əlavə edib ki, bütün bunlara baxmayaraq vergi daxilolmaları artıb: "Biz bu tendensiyanı 5 ayda qoruyub-saxlamışıq. Bunlar daha çox yoxlamalar və sanksiyalar hesabına deyil, könüllü əməletmə hesabına olub. Vergi daxilolmaların artımı 92% könüllü əməletmə hesabına baş verib". M.Cabbarov deyib ki, 2020-ci ildə bir sıra dəyişikliklər olacaq: "Bu dəyişikliklər ötən illər müzakirə apardığımız və növbəti ilə nəzərdə tutduğumuz dəyişikliklərdir. Bunlar əsasən texniki dəyişikliklərdir". Nazir həmçinin qeyri-şəffaf rəqabətin mövcudluğunun vergi daxilolmalarına mənfi təsir etdiyini qeyd edib: "Xatırlayırsınızsa 2018-ci ili keçid ili elan etmişdik. 2019-cu ilin isə I yarısı sona çatır. Onu demək istəyirəm ki, vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq. Haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini biz dəstəkləmirik. 2019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96 min olub. Bu artımın əksəriyyəti - 66 mini qeyri-dövlət sektorunun payına düşüb". Mənbə: https://report.az/maliyye/vergiler-naziri-2020-ci-ilde-bir-sira-deyisiklikler-olacaq/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.