Pensiyalar da artırılır - MƏBLƏĞ- PREZİDENTDƏN YENİ TƏŞƏBBÜS2019-06-19 | İqtisadiyyat | 33721 oktyabr 2019-cu il tarixində Azərbaycanda minimum pensiya 200 manata qaldırılacaq. Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib. "Cənab Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Həmin dəyişikliklərə görə, ölkədə minimum pensiyanın məbləği 1 oktyabr 2019-cu il tarixindən 160 manatdan 200 manata çatdırılacaqdır. Bu da təxminən 25% artımdır. Bu artım 700 minə yaxın insanı əhatə edəcəkdir. Minimum pensiya nə deməkdir? Bu o deməkdir ki, 1 oktyabr 2019-cu il tarixindən Azərbaycanda 200 manatdan aşağı pensiya alan olmayacaqdır. Yəni, 200 manatdan aşağı pensiya alan təqaüdçülərin pensiyaları artırılaraq 200 manata çatdırılacaqdır". 200 manatdan yuxarı pensiya alanların pensiyalarında dəyişiklik olmayacaqdır. Anar Əliyev əlavə edib ki, mimimum pensiyaların məbləği qanunla tənzimləndiyindən ölkə baçısı müvafiq qanuna dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edib. Artıq qanun layihəsi Milli Məclisə göndərilib. Bu artımın maliyyə həcmi illik 200 milyon manatdır. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.