Vergi müvəkkillərinə dair tələblər müəyyən edilib2019-06-20 | Vergilər | 3109Vergilər naziri Mikayıl Cabbarov "Vergilər Nazirliyi ilə vergi müvəkkilləri arasında əməkdaşlıq sazişi"nin nümunəvi formasını təsdiq edib Sənəddə vergi müvəkkilinə tələblər, onun göstərdiyi xidmətlər, tərəflərin hüquq və vəzifələri, vergi müvəkkilinin xidmət göstərəcəyi vergi ödəyicisi ilə bağlayacağı müqaviləyə dair tələblər, eləcə də sazişin müddəti və xitam verilməsi qaydaları əksini tapıb. Əməkdaşlıq sazişi vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması səbəbindən baş verəcək maliyyə itkiləri üzrə risklərin, vergi nəzarəti tədbirləri üzrə izahatlar və əlavə yazışmalara sərf ediləcək inzibati xərclərin azaldılması, vergi müvəkkilinin vergi qanunvericiliyinin tətbiqi ilə bağlı müraciətlərinə daha operativ, konkret, dəqiq, əsaslandırılmış cavabların alınmasına xidmət edir. Sənəd, eyni zamanda, vergi müvəkkilinin xidmətlərindən istifadə edən vergi ödəyicilərinə münasibətdə həm vergi ödəyicilərinə xidmət, həm də vergi ödəyicilərinə nəzarət baxımından vergi orqanlarının resurslarına qənaət edilməsi məqsədilə vergi orqanı ilə vergi müvəkkilləri arasındakı münasibətləri tənzimləyir. Sazişə əsasən, vergi müvəkkili vergi ödəyicisi ilə bağladığı müqaviləyə uyğun olaraq ona aşağıdakı istiqamətlər üzrə, lakin bunlarla məhdudlaşdırılmayan xidmətlər göstərə bilər:
Sənəddə vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinə aşağıdakı tələblər yer alıb:
Əməkdaşlıq sazişində vergi müvəkkilinin Vergilər Nazirliyində yaradılan xüsusi işçi qrup ilə üzbəüz görüşməklə 10 iş günündən gec olmayaraq vergi qanunvericiliyinin tətbiqi ilə bağlı tam, konkret, əsaslandırılmış cavab almaq hüququ əksini tapıb. Vergilər Nazirliyi ilə vergi müvəkkilləri arasında əməkdaşlıq sazişi 3 illik müddətə bağlanılır. Vergi müvəkkili vəzifələrini yerinə yetirmədikdə, fəaliyyətinə xitam verildikdə və ya işçilərinin sayı 2 nəfərdən az olduqda sazişə xitam verilə bilər. Onu da deyək ki, Vergilər Nazirliyi tərəfindən "Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinin imtahandan keçirilməsi Qaydaları" təsdiq edilib. Sənədlə daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz: Fərqanə ALLAHVERDİQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.