e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

2020-ci il yanvarın 1-dən bütün pensiyaçıların təqaüdü əlavə 15% artacaq - Nazir

2019-06-21 | Kadr işi | 3119

Pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60%-i deməkdir.

Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiyalarla bağlı danışarkən deyib.

S.Babayev bildirib ki, yerdə qalan 40% pensiyaçı da yaddan çıxmayıb. Nazirin sözlərinə görə, 2020-ci ilin yanvarından pensiya artacaq: “Orta aylıq əməkhaqqı artımı ilə bağlı proqnozumuz bu il üçün 15%-dir. Buna uyğun olaraq 2020-ci ilin 1 yanvar tarixindən bütün pensiyaçıların təqaüdü əlavə 15% artacaq".

Mənbə: https://az.trend.az/azerbaijan/society/3078962.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.