e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

SOCAR-ın maliyyələşdirdiyi QHT-lərə vergi güzəştinin müəyyənləşdirilməsi

2019-06-27 | Vergilər | 3197

Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları"nın 2.2-ci bəndinə əsasən, dövlət adından yaradılmış publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər dövlət sektoruna aid edilib. Meyarlarda hər hansı istisna hal müəyyən edilmədiyi üçün mülkiyyətin formasından asılı olmayaraq, hüquqi şəxs bütünlüklə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşirsə, Vergi Məcəlləsinin 101.1-1-ci maddəsində nəzərdə tutulmuş vergitutma forması həmin hüquqi şəxsin işçilərinin əməkhaqqına şamil edilməyəcək və ümumi qaydada Məcəllənin 101.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyi müəyyən ediləcəkdir.

Bəs qeyri-hökumət təşkilatı (QHT) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən maliyyələşirsə, QHT qeyri-kommersiya məqsədilə məşğuldursa, meyar olaraq nə seçilməlidir: Vergi Məcəlləsinin 101.1 maddəsi, yoxsa 101.1-ci maddəsi tətbiq olunmalıdır?

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov "vergiler.az" saytının "Rəsmi cavab" rubrikasında bu suala da aydınlıq gətirib. Onun şərhinə əsasən, QHT-lərin maliyyələşməsi dövlət büdcəsindən və dövlətə aid digər fondlar tərəfindən həyata keçirilirsə, bu halda onlar güzəşt hüququnu itirirlər: "Lakin ARDNŞ özünümaliyyələşmə prinsipləri əsasında fəaliyyət göstərdiyi üçün onun tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarında əməkhaqqı üzrə Vergi Məcəlləsində nəzərdə tutulan gəlir vergisindən güzəşt hüququ tətbiq edilir".

Mənbə: https://vergiler.az/news/taxes/2655.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.