e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi istifadəyə verilib

2019-07-01 | Maliyyə menecmenti | 3319

Azərbaycan Mərkəzi Bankı “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”ni istifadəyə verib.

Qurumdan “Report”a verilən məlumata görə, istifadəçilər axtar.bizimpullar.az ünvanında yerləşən sistemə həm fərdi kompüterlərdən, həm də mobil сihazlardan daxil ola bilərlər.

Maliyyə Savadlılığı portalının tərkib hissəsi olan bu sistem istifadəçilərin maliyyə məhsulları üzrə məlumatları bir mənbədən əldə etməsinə, müqayisə apararaq əlverişli məhsul və ya xidmət seçməsinə və seçim zamanı rasional qərarlar verməsinə imkan yaradır. Sistem əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarını asanlaşdırmaq və bu xidmətlərdən istifadəni stimullaşdırmaqla yanaşı, maliyyə xidmətləri bazarında rəqabətin gücləndirilməsi, təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılması, həmçinin şərtlərinin yaxşılaşdırılmasına da töhfə verəcək.

Sistemə qoşulmuş banklar əsas maliyyə məhsulları (məsələn, əmanət, kredit, ödəniş kartları və s.), filial və şöbələr, ödəniş terminalları və digər xidmətlər haqqında məlumatları (şərtlər və tariflər) sistemə yerləşdirib mütəmadi yenilənməni təmin edirlər.

“Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə bankların qoşulması işləri gələcəkdə də davam etdiriləcək.

Mənbə: https://report.az/maliyye/azerbaycanda-maliyye-mehsul-ve-xidmetlerinin-melumat-axtaris-sistemi-istifadeye-verilib/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.