Fiziki şəxslər üçün aylıq 35 manat sosial ödəniş müəyyənləşdirilməsini təklif edirik2019-07-04 | İqtisadiyyat | 2733Sentyabr ayından Minimum əmək haqqı 250 manata yüksəldikdən sonra fiziki şəxslərin ödədiyi sosial sığorta haqqı hazırkı 36 manatdan 50 manata qalxacaqdır. İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, minimum əmək haqqı məbləğinin 250 manata çatdırılması ilə bağlı qərardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədəuyğundur: "Sosial paketinin iqtisadi təsirlərini nəzərə alaraq sığorta haqqları ilə minimum əmək haqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var. Belə ki, minimum əmək haqqı məbləği artanda sosial ödənişləri də çoxalır. Fiziki şəxslər minimum əmək haqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda sentyabrdan etibarən aylıq ödənişlər 50 manata yüksələcək. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədə uyğun olardı. Aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu halda əmək haqq artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq". Mənbə: http://marja.az/news/44306 |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.