175 Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları175 "Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları" hesabında sifarişçilərin tikinti müqavilələri üzrə 12 aydan çox olan uzunmüddətli debitor borcları uçota alınır. Tikinti müqaviləsi – ayrı-ayrı obyektlərin tikintisi üçün və ya layihəsi, texnologiyası və funksiyası, habelə təyinatı və ya istifadəsi baxımından bir-biri ilə sıx əlaqəli və ya bir-birindən asılı olan obyektlər kompleksinin tikintisi üçün bağlanmış müqavilədir. Sifarişçilərə görülmüş tikinti işlərinə görə 175 "Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları" hesabının debeti və 601 "Satış", 611 "Sair əməliyyat gəlirləri" hesablarının krediti ilə müvafiq məbləğdə müxabirələşdirilir. 175 "Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları" hesabının krediti daxil olmuş ödənişlər, məqbul edilmiş (zaçot edilmiş) avans məbləğləri və s. üzrə pul vəsaitlərini və hesablaşmaları uçota alan hesablarla müxabirələşdirilir. Misal. Müəssisə tikinti müqaviləsi əsasında 295 000 manat (ƏDV daxil) tikinti işləri görmüşdür. Müqaviləyə əsasən ümumi məbləğin 50%-nı, və ya 147 500 manatı (ƏDV daxil) sifarişçi avans şəklində ödəmişdir. Qalan məbləğ isə, 1 ildən sonra işlər bitəndən sonra ödənilmişdir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.