e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

191 Gələcək hesabat dövrlərinin xərcləri

191 "Gələcək hesabat dövrlərin xərcləri" hesabı mövcud hesabat dövründə edilmiş, lakin gələcək hesabat dövrlərinə aid olan (12 aydan çox) xərclər haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Bu hesabda əsasən:

  • dağ – hazırlıq işləri;
  • mövsümü sənaye sahələrində istehsala hazırlıq işləri;
  • yeni müəssisə, istehsal, qurğu avadanlıq və aqreqatların mənimsənilməsi;
  • torpaqların rekultivasiyası;
  • əsas vəsaitlərin il ərzində qeyri-bərabər aparılan təmiri (müəssisədə müvafiq ehtiyat və ya fondlar yarıdılmayan hallarda);
  • gələcək dövrlər üçün icarə haqqı ödəmələri və başqaları ilə əlaqədar xərclər əks etdirilə bilər;
  • əvvəlcədən ödənilən müxtəlif abunə haqqları.
191 "Gələcək hesabat dövrlərin xərcləri" hesabında uçota alınan xərclər 202 "İstehsalat xərcləri", 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri", 711 "Kommersiya xərcləri", 721 "İnzibati xərclər" və s. hesabların debetinə silinir.

Misal. Müəssisə internet və IP TV xidmətlərinə abunə olubdur və ilin əvvəlində bu xidmətlərə görə 2 il qabaq 360 manat abunə haqqı ödəyib.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 2 illik abunə haqqının ödənilməsi 191 "Gələcək hesabat dövrlərin xərcləri" 223 "Bank hesablaşma hesabları" 360
2 1-ci ilin abunə haqqısının qısamüddətli gələcək dövrlərin xərclərinə silinməsi 242 "Gələcək hesabat dövrünün xərcləri" 191 "Gələcək hesabat dövrlərin xərcləri" 180
3 Cari ayın abunə haqqısının xərclərə silinməsi 731 "Sair əməliyyat xərcləri" 242 "Gələcək hesabat dövrünün xərcləri" 15


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.