TTA-ın təbii fəlakət, invertarlaşma nəticəsində və başqa səbəblərdən əskik gəlməsiMühasibat uçotu subyektinin torpaq, tikili və avadanlıqlarının əskik gəlməsi zamanı əskikgəlmələr səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr müəyyən edildiyi vaxtda bazar qiymətləri ilə) təqsirkar şəxslərin hesabına aid edilməklə aşağıdakı mühasibat yazılışları verilir:
Mühasibat uçotu subyektinin torpaq, tikili və avadanlıqlarının əskik gəlməsi zamanı müvafiq təqsirkar şəxslərin müəyyən edilməsi mümkün olmayan hallarda, bu əskikgəlmələr mühasibat uçotu subyektinin xərcinə aid edilməklə 731 №li hesabın müvafiq subhesablarının debetində və 111, 113 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir. Həmin torpaq, tikili və avadanlıqların yığılmış amortizasiya məbləğləri və qiymətdəndüşmə zərərləri mövcud olduqda 112 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Əskik gəlmiş torpaq, tikili və avadanlıqlar üzrə hesablanmış əlavə dəyər vergisi məbləğinə aşağıdakı mühasibat yazılışları verilir:
Torpaq, tikili və avadanlıqlar obyektinin tanınmasının dayandırılması zamanı həmin obyektlə bağlı yenidən qiymətləndirmə üzrə kapital ehtiyatları, bölüşdürülməmiş mənfəətə aid edilə bilər. Bu zaman 331 №li hesabın müvafiq subhesablarının debeti və 343 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Vergi uçotu Diqqət! Vergi uçotunda tam amortizasiya olunmamış tikili və avadanlıqlar silindikdə, onların qalıq dəyərinə ƏDV hesablanmalıdır. AR Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Göstərilənlərə əsasən əsas vəsaitlər tam amortizasiya olunmadan cari vergi ili başa çatmadan uçotdan silindikdə, həmin əsas vəsaitə amortizasiya ayırmaları hesablanmır, bu əsas vəsait ƏDV ödənilməklə əldə edilmişdirsə və müvafiq əvəzləşdirmə aparılmışdırsa, belə əsas vəsaitlərin uçotdan silinməsi əməliyyatı qeyri-kommersiya məqsədi daşıyan əməliyyat hesab edilməklə, həmin əsas vəsaitin vergi ilinin əvvəlinə qalıq dəyəri (həmin vergi ilində amortizasiya ayırmaları hesablanmadan) ƏDV-nin vergitutma obyektini yaradır.
Normativ-hüquqi aktlar:
Torpaq, tikili və avadanlıqlar. IAS 16. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları Yazı sonuncu dəfə 2020-02-23 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.