e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Avtomobil nəqliyyati vasitələrinin ləğvi aktı

Yararsız hala düşmüş avtonəqliyyat vasitələrin balansdan silinməsi "Avtonəqliyyat vasitələrinin ləğvi aktı (forma №3QA)" əsasında həyata keçirilir (aktın nümunəvi forması əlavə edilir).

Avtonəqliyyat vasitələrinin ləğvi aktının (forma №3QA) Əmlakın (qiymətlilərin) ləğvi aktına (forma №3Q) uyğun rekvizitləri təlimatda göstərilən qaydada, fərqli rekvizitləri isə həmin rekvizitlərin sorğusuna müvafiq olaraq doldurulur.

Hesabdan silinəcək əsas vəsaitlərin (fondların) baxışı və ləğv aktının tərtibi zamanı onların silinməsi üçün yaradılmış ləğv komissiyası lazımi sənədlərdən (texniki pasport, nöqsan /defekt/ cədvəli, inventarizasiya və nöqsan /defekt/ komissiyasının rəyi və digər materiallar) istifadə edir.

Dövlət mülkiyyətində olan obyektlərin (əsas vəsaitlərin) müəyyən olunmuş qaydada” silinməsinə dair rəy vermək Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin səlahiyyətlərinə aiddir.

Ləğv aktı müəssisənin rəhbəri və ya onun tabe olduğu baş idarənin rəhbərliyi tərəfindən təsdiq olunur.

Avtomobil nəqliyyati vasitələrinin ləğvi aktı

Yazı sonuncu dəfə 2020-01-06 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.