e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Tez-tez verilən suallar

"Mühasibin Elektron Ensiklopediyası" ekspert sistemi nədir?

“Mühasibin Elektron Ensiklopediyası” mühasibin gündəlik iş həyatında ona kömək olacaq unikal ekspert sistemidir. Ekspert sistemində "Mühasibat uçotu", "Vergi uçotu", "Kadr uçotu" və "Sənəd uçotu" üzrə yüzlərlə mövzuya aid məqalə hazırlanıbdır. Bundan başqa, ekspet sistemində olan məqalələr misal, mühasibat müxabirləşmələri, ilkin sənədlərin nümunələri və onların doldurulma qaydaları ilə verilibdir. Ekspert sistemində olan bütün məlumatlar qanunvericilik aktları, mühasibat uçotu standartları və qaydaları əsasında hazırlanıbdır. Qanunvericilikdə baş vermis dəyişikliklər ekspert sistemində qısa bir zamanda əks olunur.

Ekspert sistemindəki mövzular daim yenilənir və sistemə yeni mövzular əlavə edilir.

Ekspert sistemindəki axtarış blokundan və mövzular indeksindən istifadə edərək istənilən mövzunu tapmaq olar.

"Mühasibin Elektron Ensiklopediyası" ekspert sisteminin mənə nə cür faydası ola bilər?

Ekspert sistemi vasitəsi ilə mühasib istənilən vaxt bilmədiyi və ya unutduğu mövzunu oxuyub tez bir zamanda anlayıb mənimsəyə və aldığı bilikləri iş həyatında istifadə edə bilər.

"Mühasibin Elektron Ensiklopediyası" ekspert sistemindən eyni zamanda bir neçə kompüter və ya mobil cihazdan istifadə etmək olarmı?

"Mühasibin Elektron Ensiklopediyası" ekspert sistemindən eyni zamanda bir İstifadəçi adı ilə yalnız bir cihazdan (kompüter, noutbuk, planşet və ya smartfon) istifadə etmək olar.

"Mühasibin Elektron Ensiklopediyası" ekspert sistemi ilə alışdan öncə tanış olmaq olarmı?

Bəli. "Mühasibin Elektron Ensiklopediyası" ekspert sistemində qeydiyyatdan keçdikdən sonra 1 gün ərzində ekspert sistemində olan mövzular ilə tanış ola bilərsiniz. Bir gündən sonra ekspert sistemindən istifadə hüququ məhdudlaşdırılacaq. Ekspert sisteminə istifadə hüququnun verilməsi üçün ödəniş edərək abunə müddətini uzatmaq tələb olunur.

"Mühasibin Elektron Ensiklopediyası" ekspert sistemindən istifadə hüququnu nə cür əldə etmək olar?

“Mühasibin Elektron Ensiklopediyası” ekspert sisteminə istifadə hüququnu əldə etmək üçün www.e-muhasib.az saytından qeydiyyatdan keçməli, və onlayn qaydada ödəniş edərək ekpert sisteminə abunə olmaq lazımdır.

"Mühasibin Elektron Ensiklopediyası" ekspert sistemindən istifadə hüququnu əldə etmək üçün nəğd ödəniş etmək olarmı?

Xeyr. “Mühasibin Elektron Ensiklopediyası” ekspert sisteminə istifadə hüququnu əldə etmək üçün ödənişlər yalnız onlayn qaydada həyata keçirilir. Nəzərə alın ki, ödəniş kartınız "3-D Secure" xidmətinə qoşulmuş olmalıdır. "3-D Secure" xidmətinə qoşulmaq üçün sizə xidmət edən banka müraciət etmək lazımdır. Əks halda ödəniş edə bilməyəcəksiniz.

"Mühasibin Elektron Ensiklopediyası" ekspert sistemindən istifadə hüququnu uzatmaq üçün nə etməliyəm?

“Mühasibin Elektron Ensiklopediyası” ekspert sistemindən istifadə hüququnu uzatmaq üçün www.e-muhasib.az saytına daxil olmalı, istifadəçi adı və şifrənizi daxil edərək “Şəxsi kabinetini”-zə daxil olaraq və müvafiq dövr üçün ödəniş edərək abunəçilik müddətinizi uzada bilərsiniz.

Ödəniş etdikdən sonra "Mühasibin Elektron Ensiklopediyası" ekspert sistemindən istifadə hüququnu nə vaxt alacam?

Ödəniş etdikdən dərhal sonra İstifadəçiyə ekspert sistemindən istifadə hüququ verilir.










E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.