İctimai iaşə müəssisələrində mühasibat uçotunun xüsusiyyətləri.0000-00-00 | | 16354
İctimai iaşə fəaliyyəti – xidmət göstərilən obyektin ərazisində və ya səyyar qaydada istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının alıcıya təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. Bildiyiniz kimi, müəssisələr fəaliyyət sahələrinə görə şərti olaraq istehsal, ticarət və xidmət sahələrinə bölünürlər. Bəs ictimai iaşə sahəsində fəaliyyət göstərən müəssisə bunlardan hansına aiddir? Adətən ictimai iaşə müəssisələrini ticarət sahəsinə aid edirlər. Lakin bu tam belə deyil, çünki ictimai iaşə müəssisələri bəzən həm istehsal, həm ticarət və həm də xidmət fəaliyyətləri ilə məşğul olurlar. Misal üçün, restoran toyuq, turşu, kartof, mayonez, yaşıl noxud, yumurta və smetan almışdır. Restoran aldığı bu malları pərakəndə ticarət müəssisəsi kimi satmır. Alınan bu mallardan satış üçün yeni məhsul - "Paytaxt salatı" hazırlayır. Yeni məhsul mağazalardada olduğu kimi satılmır, alıcı bu məhsulu restoranda əyləşib yeyə bilər. Bunun üçün restoranda xüsusi otaqlar, masa və stullar, qab-qacaq vardır. Bundan əlavə burada canlı musiqi, rəqs meydançası, əlavə əyləndirici proqram da ola bilər. Beləliklə, ictimai iaşə müəssisələrinin pərakəndə ticarət müəssisələrindən fərqləri ondan ibarətdir ki, ticarətdən əlavə onlarda öz istehsal prosesi, satış və əlavə xidmətlər də ola bilər. Bu səbəbdən də, ictimai iaşə müəssisələrində uçotun dəqiq və keyfiyyətli aparılması üçün burada olan bütün iqtisadi və texnoloji prosesləri yaxşı bilmək lazımdır. Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, ictimai iaşə müəssisələri özündə bir neçə fəaliyyəti birləşdirə bilərlər:
Bu məqaləmizdə çalışacayıq ictimai iaşə müəssisələrində mühasibat və vergi uçotunun aparılmasının xüsusiyyətlərini araşdıraq. İctimai iaşə fəaliyyətininin aparılma qaydaları. İctimai iaşə fəlaiyyəti başqa fəaliyyət növlərindən çox fərqlənir. İlk öncə mühasibat və vergi uçotunu təşkil etmək üçün ictimai iaşə sahəsində işlərin aparılma qaydalarını bilmək lazımdır. İctimai iaşə müəssisələrinə qida məhsullarının istehsalı, satışı və istehlakının təşkili üzrə fəaliyyət göstərən müəssisələr aid edilir. Normativ sənədlərin tələblərinə əsasən bu müəssisələr restoran, bar, kafe, yeməkxana və s. daxil olmaqla müxtəlif növlər üzrə təsnifləşdirilir. Mövcud qanunvericiliyə əsasən, ictimai iaşə müəssisələrində xidmət, normativ-hüquqi aktların və sənədlərin tələblərinə uyğun təşkil edilməli və onlar bir sıra tələblərə cavab verməlidirlər. İcitmai iaşə sahəsində fəaliyyətin aparılma qaydalarını biz AR Nazirlər Kabinetinin 03.04.2014 tarixli 94 N-li qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarndan" öyrənə bilərik. İctimai iaşə xidmətlərinin göstərilməsi qaydaları həmin qanunvericilik aktının 23-cü bölməsində verilibdir. Çalışaq bu sənəddən əsas məqamları qeyd edək. Qaydalara görə :
Mühasibat uçotunun aparılması üçün ilkin sənədlər. İctimai iaşə müəssisələrdində uçotun aparılması bu sahəyə aid olan xüsusiyyətləri dərindən bilməyi tələb edir. Bu sahədə uçotun xüsusiyyətlərinə və mürəkkəbliyinə uyğun əməliyyatların xüsusi sənədləşdirilməsi tələb olunur. İctimai iaşə müəssisələrində həm xüsusi, yalnız bu sahəyə aid olan, həm də ki, digər sahələrdə də istifadə edilən ümumi sənəd formalarından istifadə edilir, misal üçün, kassa mədaxil orderi və ya qaimə-faktura və s. 19.04.2017-ci il tarixində İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası və 30.06.2017-ci il tarixində İctimai iaşə və pərakəndə ticarət fəaliyyəti sahəsində istifadə ediləcək ciddi hesabat blankları formaları təsdiq edilmişdir. Gördüyümüz kimi, vergi uçotunun aparılması üçün bu sahədə artıq xüsusi qaydalar və ciddi hesabat blankları formaları təsdiq edilmişdir. Bundan başqa bu sahədə mühasibat uçotuna aid olan sənədlər də var. Gəlir onları nəzərdən keçirək: Mühasibat və vergi uçotunun aparılması üçün ictimai iaşə sahəsində aşağıdakı ilkin sənəd formaları istifadə edilir: Ciddi hesabat blankları olmayan ilkin sənədlər. İctimai iaşə məhsullarının texnoloji xəritəsi - ictimai iaşə müəssisələrində əsas sənədlərdən biridir. Reseptlər toplusu üzrə xörəklərin və ya yeni hazırlanmış kulinariya məmulatlarının, çörək-bulka və xəmir qənnadı məmulatlarının hazırlanmasında istifadə olunan xammalların keyfiyyətinə tələbləri, yarımfabrikat və hazır xörəklərin çıxış miqdarını, istehsalatda texnoloji prosesin təsvirini, məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini, realizasiyasını və saxlanılması qaydalarını, həmçinin ictimai iaşə məhsullarının qida və enerji dəyərini özündə ehtiva edən texniki sənəd. Texnoloji xəritə Baş aşpazın imzası ilə təsdiqlənir. Kalkulyasiya vərəqləri - ictimai iaşə müəssisələrində əsas sənədlərdən biridir və xörəyin(məhsulun) texnoloji xəritəsi əsasında hər bir xörək və məhsul üçün tərtib edilir. Kalkulyasiya vərəqləri müəssisə rəhbəri tərəfindən təsdiqlənir. Menyu, çeşid siyahısı – obyektin istehlakçılara təqdim etdiyi xörəklər, məhsullar və xidmətləri barədə məlumat olur, xorəklərin tərkibi (əsas inqrideyentlər və çəkisi göstərilməklə), miqdarı və qiyməti əks olunur. Menyu və çeşid siyahısı hər bir yemək və məhsul üzrə tərtib edilmiş kalkulyasiya vərəqlərinə əsaslanmalıdır. Menyu Baş aşbaz tərəfindən hazırlanır və müəssisə rəhbəri tərəfindən təsdiqlənir. Sifariş qəbzləri – banket, ziyafətlərin əvvəlcədən sifariş əsasında təşkil edilməsində müştəridən avans alındıqda tərtib edilir. Həmin sənəddə icraçı və istehlakçıların adı, soyadı, xidmət növü və onun qiyməti, ödəniş şərtləri, sifarişin qəbulu və icra tarixi, sifarişi qəbul edən şəxsin imzası və digər məlumatlar öz əksini tapmalıdır. Rəsmiləşdirilmiş sənədin bir nüsxəsi sifarişçiyə (istehlakçıya) təqdim olunmalıdır. İctimai iaşə müəssisələrində müəssisənin xüsusiyyətlərindən asılı olaraq başqa ilkin sənədlər də istifadə edilə bilərlər. Bu sənədlər müəssisənin uçot siyasətində öz əksini tapmalıdır. Ciddi hesabat blankları AR Prezidentinin 19.04.2017 tarixli fərmanı ilə təsdiq edilmiş "İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"na əsasən ictimai iaşə müəssisələrində aşağıdakı ciddi hesabat blankları formaları istifadə edilməlidir. Ciddi hesabat blanklarının formaları AR Maliyyə Nazirlyinin Kolleqiyasının 30.06.17 tarixli Q-08 qərarı ilə təsdiq edilmişdir. Malların təhvil-qəbul aktı – alınmış malların anbara təhvil verilməsi üçün istifadə edilir. Malların alış aktı - mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda stifadə edilir. Satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası - İctimai iaşə müəssisəsinin istehsal, topdan və ya pərakəndə satış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların (hazır məhsulların) ictimai iaşə fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması "Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" ilə sənədləşdirilir. Yük avtonəqliyyatı üçün yol vərəqi – müəssisəyə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsinə, əlavə olaraq, "Yük avtonəqliyyatı üçün yol vərəqi" verilir. Malların qaytarılması aktı - Mərasimlərin təşkilatçılarından malların istifadə edilməmiş hissəsinin geri qaytarılması üçün istifadə edilir. Alış sifarişi - İctimai iaşə fəaliyyəti göstərən vergiödəyicisi malları malgöndərənlərlə bağlanmış müqavilələrə uyğun olaraq "Alış sifarişi" (Purchase order) təqdim etməklə aldıqda tərtib edilir. Malların anbardan mətbəxə buraxılışı qaimə-fakturası – bu sənəd (aşpazın) sifarişi (tələbi) əsasında tərtib edilir. Sifariş məsul şəxs (aşpaz) tərəfindən imzalanmış və müəssisə rəhbəri tərəfindən təsdiq edilmiş reseptlər əsasında tərtib edilir. Reseptlər olmadığı halda malların anbardan buraxılması üçün məsul şəxsin (aşpazın) tələbi əsas götürülür. Malların mətbəxdən anbara qaytarılması aktı - alınmış mallardan hazır məhsul (yemək) hazırlanmasında tam istifadə edilmədikdə və malların qaytarılması zərurəti yarandıqda, həmin mallar anbara bu akt əsasında qaytarılır. İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt – məhsullar, xammal, qab-qacaq və s. Təhtəlhesab şəxs tərəfindən alınmış malların və idxal mallarının anbara təhvil verilməsi, habelə ictimai iaşə fəaliyyətində malların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması zamanı tərtib edilir. Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt - Malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması fövqəladə hal nəticəsində baş verdikdə tərtib edilir. Satışın nəticələrinə görə malların (məhsulların) silinməsi barədə akt. İctimai iaşə fəaliyyətində satışın nəticələrinə görə malların silinməsi məsul şəxsin (aşpazın) təsdiqlənmiş reseptlərə uyğun tərtib etdiyi “Satışın nəticələrinə görə malların (məhsulların) silinməsi barədə akt”a əsasən həyata keçirilir. Maya dəyərinin hesablanması. İctimai iaşə obyektlərində maya dəyərinin hesablanması mühasibat uçotunun əsas xüsusiyyətlərindən biridir. Bu sahədə hazır məhsulun bir ədədinin satış qymətinin hesablanması yalnız ona çəkilən xərclərin müəyyən edilməsindən sonra mümkündür. Kalkulyasiyaların hazırlanması üçün xüsusi kartlardan - kalkulyasiya vərəqlərindən istifadə edilir. Bu üsulun əsas çatışmamazlığı odur ki, bu üsul işçilərin çox vaxtını aparır. Bu da öz növbəsində xammalın qiymətlərinin daim dəyişilməsi ilə bağlıdır. Belə ki, əgər xörəyin tərkibində olan bir xammalın qiyməti dəyişibsə, yeni kalulyasiya vərəqəsi tərtib edilir. Lakin, müasir kompüter texnologiyaları bu çətinlikləri artıq aradan qaldırılır. Hər bir kalkulyasiya vərəqəsi ictimai iaşə müəssisəsinin proqram təminatında hər dəfə yenilənə bilər. İctimai iaşə müəssisəsində məhsulun maya dəyəri müəyyən edilərkən aşağıdakı xüsusiyyətləri nəzərə almaq lazımdır:
Mühasibat uçotu. İctimai iaşə sahəsində fəaliyyət göstərən müəssisələr mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı AR Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” AR Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Beləliklə, müəssisənin fəaliyyəti zamanı baş verən bütün əməliyyatlar ilkin sənədlər ilə sənədləşdirilməlidir. Bir çox ilkin sənəd nümunələri qanunvericilikdə təsdiqlənib. Lakin, əgər müəssisənin xüsusiyyəti əlavə xüsusi ilkin sənəd formalarından istifadəni nəzərdə tutursa, bu qadağan deyil. İctimai iaşə müəssisəsində əməliyyatların mühasibat uçotunda əks olunması qaydası bu müəssisənin nə üçün yaradılmasından asılıdır. Əgər ictimai iaşə obyekti müəssisənin işçiləri üçün yaradılmışdırsa, o zaman, bu kafe və ya yeməkxana, müəssisənin struktur bölməsi hesab edilir, və onun xərcləri 721 "İnzibati xərclər" hesabında əks oluna bilər. Yox, əgər ictimai iaşə obyekti müsətgil fəaliyyətin göstərilməsi üçün açılmışdırsa, o zaman, onun xərcləri 202 "İstehsalat xərcləri" və 711 “Kommersiya xərcləri” hesablarında uçota alınırlar. Məhsul və malların hərəkətini uçota almaq üçün 205 “Mallar” hesabından istifadə edilir. 202-ci hesab xörək hazırlamaq üçün istifadə edilmiş xammal və malların maya dəyərini uçota almaq üçün istifadə edilir. Qalan xərclər 711-ci hesabda uçota alınırlar. Ictimai iaşə müəssisələrində xammalın və məhsul istehsalının uçotu. İctimai iaşə müəssisələrində məhsulun istehsalı uçotunun xüsusi cəhətlərindən biri odur ki, xammal brutto çəkisi ilə mədaxil edilir, yarımfabrikatlar – netto çəkisi ilə, təqdim edilmiş hazır məhsulların maya dəyəri isə xammalın uçot qymətləri ilə silinir (çünki istehsalda xammal bir üsul ilə qiymətləndirilməlidir). Reseptlər toplusunda hər bir xörəyin və kulinariya məhsullarının hazırlanması üçün tələb olunan xammalın norması qeyd edilir. Təqdim edilmiş xörəklərin və kulinariya məhsullarının maya dəyəri bu reseptlər toplusunda qeyd edilmiş xammal normaları əsasında müəyyən edilir. İstehsala (mətbəxə) daxil olan xammal istehsal müdirinin (baş apazın) maddi məsuliyyətində olur. O, xammalın təhlükəsiz saxlanılması (xarab olmaması) və rasional istifadə edilməsinə görə maddi məsuliyyət daşıyır. İstehsalda xammalın uçotu uçot qiymətləri ilə və hər bir maddi məhsul şəxs üzrə aparılmalıdır. Və xamalın istifadəsində müəyyən edilmiş normalardan kənarlaşmalar olmamalıdır (təbii itki və kənarlaşmalardan başqa). Təqdim edilmiş hazır məhsulların maya dəyəri istifadə edilmiş xammalın uçot qiymətləri ilə aparılır. Xammalın uçot qiymətləri kalkulyasiya vərəqələrindən götürülür. Beləliklə, xammal hansı qiymət ilə istehsala buraxılmışdısa, eyni qiymət ilə silinəcəkdir. Xammal və materialları hansı hesabda uçota almalı?
Hazır məhsulun satış qiymətlərinin kalkulyasıyası. Hal-hazırda, Sovet dövründəki kimi, bir çox iaşə müəssisəsi hazır məhsulların satış qiymətlərini kalkulyasiya vasitəsi ilə müəyyənləşdirirlər. "Kallulyasiya" termini (lat. Calculatio - hesablama) ictimai iaşədə məhsulların, malların və s. ədədinin maya dəyərinin hesablanması deməkdir. İctimai iaşə sahəsində kalkulyasiya məhsulun vahidinin (bir xörək, bir porsiya, bir kilo və s.) satış qiymətinin hesablanması deməkdir. Kalkulyasiya "kalkulyasiya vərəqələrində" reseptlər toplusu, xammal qiymətləri və s. məlumatlar əsasında aparılır. Kalkulyasiya prosesi bir çox mühasiblərə tanışdır, ona görə biz bu barədə ətraflı məlumat verməyəcəyik, lakin gəlin onun çatışmazlıqları barədə danışaq. Məhsulun satış qiymətinin kalkulyasiya metodu ilə müəyyn edilməsinin mənfi cəhəti, ilk növbədə, hesablamaların çox mürəkkəb olmasıdır. Çünki, hər bir məhsulun ayrı kalkulyasiya vərəqi olmalıdır. Ən azı bir növ xammalın qiymətində dəyişiklik olduqda, qiymətlər də ki bazarda hər zaman dəyişir, mühasib yeni kalkulyasiya vərəqində yeni kalkulyasiya aparmalıdır. İkincisi, xammal qiymətlərinin daimi dəyişməsi səbəbiylə mühasib məhsulların satış qiymətlərini yenidən hesablamalıdır. Bu aşpazların, garsonların, kassirlərin məhsulların qiymətlərinin yadda saxlaması işini çətinləşdirir. Eyni zamanda, böyük nəşrlər ilə rəngərəng menyular çap etmək mümkün olmur. Bu səbəbdən, bəzi ictimai iaşə müəssisələrində kalkulyasiyadan istifadə etmirlər. Yanı ki, məhsulun satış qiymətinin müəyyən edilməsi üçün kalkulyasiya metodundan istifadə edilmir. Sual yarana bilər ki, bəs onda məhsulun satış qiymətini nə cür müəyyən etmək olar? Əslində mümkündür. Belə ki, bildiyimiz kimi, məhsulun qiyməti bazarda ona olan tələb və təklifin səviyyəsi əsasında müəyyənləşir. Bir çox hallarda, məhsulun qiyməti onun hazırlanmasına sərf edilən xammalın dəyəri ilə yox, başqa faktorlar ilə müəyyən edilir. Hazır məhsulun (xörək, kulinariya məhsulu və s.) satış qiyməti, əsasən, bazarda rəqiblərin olması, müştərilərin alıcılıq qabiliyyəti olması əsasında müəyyən edilir. Bu cür çalışan müəssisələrdə məhsulun qiyməti stabil olaraq qalır. Bu da ki, burada çalışan işçilərə onların yadda saxlanılması, rəngarəng menyuların çox sayda çap edilməsində, və ən əsası, mühasibatlıq işçilərini mürəkkəb olan kalkulyasiya vərəqələrini tərtib etməkdən xilas edir. Əlbəttə ki, məhsulun satış qiymətini müəyyən edərkən, xammalların alış qiymətləri nəzərə alınmalıdır. Çünki, kalkulyasiyaların dövri olaraq hazırlanması məqsədəuyğundur və bizə bir çox hallarda lazımi məlumatları verə bilər:
Vergi uçotu. İctimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək: Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları Pərakəndə əmtəə dövriyyəsi və əmtəə ehtiyatlarının uçotu üzrə Təlimat |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.