Xammal və materialların silinməsi2015-10-02 | Mühasibat uçotu | 10034Xammal və materiallar istehsal prosesinə, müəssisənin daxili ehtiyacları ödəmək üçün buraxıla bilər, satıla bilər, əvəzsiz verilə bilər və ya hər-hansı bir səbəbdən məhv edilə bilər (köhnəlmə, itki, oğurluq və s.). Xammal və materialların buraxılışı müəssisədə materialların çıxışına limit qoyulubsa limit-zabor kartları ilə, limit qoyulmuyubsa - tələbnamə və daxili qaimə əsasında icra oluna bilər. Xammal və materiallar satılırsa onların çıxışı qaimə-faktura ilə sənədləşdirilir. Xammal və materialların istehsala və ya sair bir səbəbdən çıxışının qiymətləndirilməsi "Ehtiyatlar üzrə" 8 N-li Milli Mwhasibat Uçotu Standartının 25-ci bəndinə görə ehtiyatların ilkin dəyəri "ilk mədaxil - ilk məxaric" (FİFO) və ya çəkili orta dəyər düsturu əsasında hesablana bilər. Müəssisə, ehtiyatların ilkin dəyərinin hesablanmasında tətbiq etdiyi eyni düsturu xüsusiyyəti və istifadə edilməsi baxımından eyni olan bütün ehtiyatlara tətbiq etməlidir. Müxtəlif xüsusiyyətlərə malik olan və müəssisə tərəfindən müxtəlif cür istifadə edilən ehtiyatların ilkin dəyərini hesablamaq məqsədilə müxtəlif üsullardan istifadə edilə bilər. AR Vergi Məcəlləsinin 139.4-cü maddəsinə görə: Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir. Xammal və materialların xaricolmasının müxabirləşməsi aşağıdakı cədvəldə verilibdir.
Mənbə: www.muhasib.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.