e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Agent və ya komisyonçu malları geri qaytardıqda…

2020-08-28 | Vergilər | 3142

Bu məsələdə maraq doğuran məsələ agentin və ya komisyonçunun hansı elektron qaimə-fakturadan istifadə etməsidir.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, prosedurun həyata keçirilməsi üçün vergi ödəyicisi müvafiq proqram təminatından "Malların geri qaytarılması" elektron qaimə-fakturası üzrə "Malların təqdim edilməsi qaiməsinin qaytarılması" növünü seçməklə malları geri qaytarır. Amma agent və ya komisyonçu tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması zamanı "Malların geri qaytarılması" elektron qaimə-fakturasının digər növündən istifadə olunmalıdır.

Misal:

"A" MMC 20.000 manatlıq malı agent və ya komisyon müqaviləsinə uyğun olaraq, supermarketə təqdim edir. Supermarket həmin malların bir qismini satsa da, istifadə müddətinin bitməsi ilə bağlı 3.000 manatlıq malı geri qaytarır. Bu halda mallar agent və ya komisyon müqaviləsi üzrə təqdim edildiyi üçün vergi ödəyicisi malların qaytarılması zamanı agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə elektron qaimə-fakturadan istifadə etməlidir.

Agent və ya komisyonçu tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması zamanı elektron qaimə-fakturanın müvafiq olaraq malların agent və ya komisyonçu tərəfindən təqdim olunması barədə elektron qaimə-fakturadan istifadə etmək lazımdır. Nəzərdən keçirilən şərtlərdə elektron qaimə-faktura hazırlayarkən "Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura"ya istinad edilə bilməz.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/economy/9985.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.