Sual Elektron qaimə-faktura hansı müddətdə verilməlidir? |
|
Cavab Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-fakturanı malların təqdim olunması zamanı mallar göndərilən vaxt, əvvəlcədən sifariş edilməyən malların təqdim olunması zamanı malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində, habelə işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində verilir.
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.