Sual Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, mal əti satışı ƏDV-dən azad edilib. Bəs ƏDV ödəyicisi olan şirkət eyni zamanda digər malların satışını da həyata keçirirsə, ay ərzində bütün ƏDV-ni əvəzləşdirə bilərmi?
|
Cavab
Vergilər Nazirliyindən bildirilib ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən ƏDV-nin əvəzləşdirilməsi üçün iki hal nəzərdə tutulub:
- həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir;
- mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda isə ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur.
2020-02-15 | Vergilər | Baxılıb: 1869 dəfə |
|