Sual Dövlət müəssisəsi yenidən təşkil olunduğu zaman balansın ötürülməsi və bu kimi hansı prosedurlar necə həyata keçirilir ? Rüblük qalıq hesabatlar tərtib olunub adi qaydada göndərilir? Eyni zamanda balansın ötürülməsi prosesi necə olur? |
|
Cavab Vergilər Nazirliyindən bildirilib ki, hüquqi şəxsin yenidən təşkilinin bir forması olan birləşmə həmin hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Bu zaman hüquqi şəxs yeni yaranan hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır.
Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Təhvil aktı yenidən təşkil haqqında qərar qəbul etmiş təsisçilər (iştirakçılar) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və onda yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəlikləri, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar əks etdirilməlidir.
Ləğv edilən müəssisənin vergi öhdəlikləri onun hüquqi varisi tərəfindən yerinə yetirildiyi üçün müvafiq cari vergi bəyannamələri təqdim edilir.
Yenidən təşkil olunmuş hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün təqdim edilməli sənədlərlə bağlı "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" ilə tanış olmaq tövsiyə edilir.
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.