e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Azərbaycanda daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı və vergi rezidenti bunu təsdiqləyən müvafiq rəsmi şəhadətnaməni, sertifikatı, yaxud başqa adda sənədi hansı qaydada və hansı dövlət orqanından ala bilər?


Cavab

Vergilər Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının rezidenti olan şəxsə rezidentlik barədə arayış onun Azərbaycan Respublikasında uçotda olduğu vergi orqanı tərəfindən verilməlidir. Fiziki şəxsin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vergi uçotuna alınması nəzərdə tutulmadığı hallarda isə həmin fiziki şəxs rezidentlik barədə arayış almaq üçün qeydiyyatda olduğu və ya yaşadığı yeri üzrə vergi orqanına müraciət etməlidir.

Arayışın alınması üçün DTA-01 forması və ya Razılığa gələn digər dövlətin xüsusi forması müraciət edən şəxs tərəfindən 3 nüsxədə olmaqla, təsdiqlənmə barədə sərbəst formada müraciət məktubu və formaya əlavə olunan sənədlərlə birgə müvafiq vergi orqanına təqdim edilir. Ərizənin vergi orqanına təqdim edilməsi şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə vergi orqanına gəlməklə və ya poçt vasitəsilə edilir. Formanın təsdiq edilmiş nüsxələrindən biri vergi orqanında saxlanılır, digər ikisi isə müraciət edən şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) verilir.

2020-02-27 | Hüquq | Baxılıb: 2409 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.