e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Kompyuter yüksək texnologiyalar məhsulu olan hesablama texnikasına və ya avadanlıq qruppuna aid edilir ?


Cavab

Kompüterlər yüksək texnologiyalar məhsulu olan hesablama texnikasına aiddir. Belə ki, yüksək texnologiyalar məhsullarının təsnifatı AR Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın 5-ci bölməsinin 5.2-ci (“Yüksək texnologiyalar sektorunun inkişafı”) bəndinin 5.2.4-cü (“Elmtutumlu və yüksək texnoloji məhsulların yeni milli təsnifatının hazırlanması və tətbiqi üçün tədbirlərin görülməsi”) yarımbəndinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Dövlət Statistika Komitəsinin mütəxəssisləri tərəfindən işlənib hazırlanmışdır.

Elmtutumlu və yüksək texnoloji məhsullarla bağlı təsnifatlara dair beynəlxalq təcrübələrin araşdırılması nəticəsində sözügedən təsnifat Beynəlxalq Standart Ticarət Təsnifatının (“Standard International Trade Classification” - SİTC Rev.4) əsasında hazırlanmış, Avropa İttifaqının Statistika Bürosunun CPA2008 (“Statistical classification of products by activity”) təsnifatı və 01 sentyabr 2009-cu il tarixdən ölkəmizdə tətbiq edilən Məhsul Növləri Təsnifatının (MNT) III versiyası ilə uzlaşdırılmışdır.

Bu təsnifat yüksək texnologiyalar sahəsində təqdim edilən və tələb olunan məhsulları təsvir etmək üçün nəzərdə tutulmuşdur.

Beynəlxalq Standart Ticarət Təsnifatı (SITC Rev.4) əsasında yüksək texnologiyalar məhsullarının qruplar üzrə bölgüsündə kompüterlər Ofis avadanlıqları və kompüterlər qrupuna aiddir.

Daha ətraflı AR DÖVLƏT STANDARTI - YÜKSƏK TEXNOLOGİYALAR MƏHSULLARININ TƏSNİFATI - AZT 051-2018.

2021-09-10 | Vergilər | Baxılıb: 4700 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.