e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Sualım ümidsiz borclara aiddir. Müəssisənin uzun illər ərzində ödənilməmiş (mühasibat balansında, mənfəət vergi bəyannaməsində hər il göstərilir) debitor borcları yığılıb qalır. Debitor borclar əsasən 2000- 2003-cü ilədək olan borclardan ibarətdir. Müəssisə həmin umidsiz borc olan debitor borclarını vergi ilində xərclərinə salaraq silmək istəyir. Vergi Məcəlləsinin 111.2-ci maddəsinə əsasən "Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir". Müəssisə debitor borc məbləğini mühasibat kitablarında silmək istəyir. Çünki debitor borcu olan müəssisələr ya ləğv edilib, ləğv edilməyənlər də işlərinin olmaması,və s. bəhanələrlə ödəməyiblər. Borcların iddia müddəti keçdiyinə görə məhkəməyə də müraciət etmək olmur. Xahiş edirəm Vergi Məcəlləsinin Maddə 111. "Ümidsiz və şübhəli borcların gəlirdən çıxılması" maddəsi mənə misallarla izah edərdiniz. Ümidsiz debitor borcların xərcə salınaraq silinməsinin müddəti varmı?


Cavab

Bildiririk ki, Vergi Məcəlləsinin 111-ci maddəsi malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar əvvələr gəlir kimi vergiyə cəlb olunmuş, lakin sonrakı dövrlərdə ödənilməmiş debitor borclarının ümidsiz borc hesab olunması və müvafiq məbləğin gəlirdən çıxılmasını tənzimləyir.

Göründüyü kimi, maddənin tətbiqi bir neçə şərtlə şərtləndirilir:

  • verg ödəyicisi uçotu hesablama metodu ilə aparmalı idi;
  • debitor borc yalnız malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əmələ gəlməli idi;
  • ümidsiz borc kimi silinən məbləğ əvvəlki debitor borcun yarandığı dövrdə gəlir kimi nəzərə alınmalı və vergiyə cəlb olunmalı idi.
Qeyd olunan şərtlər yerinə yetirildikdə vergi ödəyicisi ümidsiz bor kimi təsnifləşdirilən debitor borcu ümidsiz borc kimi təsdiqləndiyi və mühasibat kitablarında sildiyi halda gəlir (mənfəət) vergisinin məqsədləri üçün xərc kimi nəzərə ala bilər.

Əlavə olaraq qeyd edək ki, kreditor tərəfindən ümidsiz borc kimi silinən məbləğ əks tərəfin gəliri hesab olunmaqla vergiyə cəlb olunmalıdır.

Bax: Vergi Məcəlləsinin 13.2.16.5-ci və 111-ci maddələri.

Mənbə: http://www.taxes.gov.az.

Sual ID: 16674

2018-02-22 | Vergilər | Baxılıb: 3087 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.