e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

İnventarizasiya nəticəsində fövqəladə və ya hər hansı bir səbəbdən malların əskik gəlməsi mənfəət vergisi baxımından yarana biləcək öhdəliklərlə bağlı aşağıdakı suallara cavab verməyinizi xahiş edirəm:

  1. Malların əskik gəlməsi mənfəət verigisi baxımından gəlir və ya xərc öhdəliyi yaradırmı?
  2. Silinən və ya ləğv edilən mallar gəlirdən cıxılacaq və ya zərər kimi qeyd ediləcək?
Nəzərə alın ki, əskik gələn mallar işçinin əmək haqqısından tutulmayacaq. Xahiş edirəm ki, ətraflı məlumat verəsiniz.


Cavab

1 və 2. Cavab: Bildiririk ki, müvafiq qaydada təsdiqlənmiş malların əskik gəlməsi zamanı həmin malların dəyəri mənfəət vergisinin məqsədləri üçün gəlir kimi nəzərə alınmır, digər tərəfdən malların alış dəyəri də xərc kimi qəbul edilmir.

Malların əskik gəlməsi əsaslndırılmadıqda bu malların bazar qiymət gəlir, alş qiyməti isə xərc kimi nəzərə alınmalıdır.

Əlavə olaraq xatırladırıq ki, ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Mənbə: taxes.gov.az/modul.php?name=faq&bolme=id&id=15693

2018-03-12 | Vergilər | Baxılıb: 3167 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.