e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Xarici şirkətlərin Azərbaycandakı filialları respublika ərazisində rezident olan sifarişçi şirkətlər üçün xidmət göstərirlər. Bu xidmətin yerinə yetirilməsi üçün ana şirkət olan qeyri-rezident şirkətin baş ofisi ilə əmək müqaviləsi bağlayaraq işləyən xarici vətəndaşlar Azərbaycana ezam olunurlar. Burada gördükləri işlərə görə baş ofisdən məvacib alır, digər sosial xarakterli xərcləri (mənzil kirayəsi, nəqliyyat, kommunikasiya, yemək xərcləri) Azərbaycandakı filialı tərəfindən ödənilir. Məvaciblər isə sonradan baş ofisin Azərbaycandakı filialının verdiyi hesab-faktura əsasında əvəzi ödənilir. Bu zaman xarici vətəndaşların hansı gəlirləri, hansı qaydada vergiyə, sosial sığorta ödənişlərinin hesablanmasına cəlb olunmalıdır? Xarici vətəndaşların Azərbaycan ərazisində xidmət göstərmək üçün bağlanmış ezamiyyə müqavilələri mülki-hüquqi müqavilələr sırasına aid edilirmi?


Cavab

Bu suallarla bağlı Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, Vergi Məcəlləsinin 13.2.16.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında muzdlu işdən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur və muzdlu işdən əldə edilən gəlirlər Vergi Məcəlləsinə uyğun olaraq gəlir vergisinə cəlb olunur.

"Sosial sığorta haqqında" Qanunun 12-ci maddəsinin müddəalarına əsasən qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olmaqla, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

İşəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin (təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakı, həyatı, sağlamlığı üzrə sığorta xərclərinin) üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

2019-09-18 | Vergilər | Baxılıb: 1868 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.