e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Müəssisə mənfəət vergisi ödəyicisidir, işçilərinə əməkhaqqı verir, əməkhaqqı məbləği 8.000 manatdan az olduğuna görə ödəmə mənbəyində vergi tutulmur. Ödəmə mənbəyində vergi tutulmadığı üçün Vergi Məcəlləsinin 150.3.3.3-cü maddəsinə əsasən, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi mükəlləfiyyətinin ləğv edilməsi üçün vergi orqanına müraciət edə bilərikmi?


Cavab

Vergilər Nazirliyindən sualda qaldırılan məsələnin şərhi ilə bağlı bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır. Güzəştli dərəcənin tətbiq olunmasında əsas məqsəd, ölkədə əmək münasibətlərinin rəsmiləşdirilməsi, verilən əməkhaqqının leqallaşdırılması və vergi ödəyicilərinin gəlir və xərclərinin şəffaf uçotuna nail olmaqdır.

Qeyd olunanlara əsasən, muzdlu işçisi olan hər bir vergi ödəyicisi Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdə və qaydada vergi orqanına Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini təqdim etməlidir.

Qeyd olunan halda əlavə dəyər vergisinin və sadələşdirilmiş verginin ödəyicisi olmayan vergi ödəyicisi tərəfindən Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edilərkən "Vergi ödəyicisinin fəaliyyət sahəsinə görə qrupu" adlı sətrində və "Verginin hesablanması" adlanan bölmələrdə "Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan, qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə" işarələnməlidir.

"Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi"nin tərtib edilməsi qaydası ilə Vergilər Nazirliyinin rəsmi saytı olan taxes.gov.az səhifəsində "Bəyannamə" bölməsinin "Bəyannamə, hesabat və ərizə formaları" hissəsində tanış ola bilərsiniz.

2019-09-23 | Vergilər | Baxılıb: 1924 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.