e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Mənfəət vergisinin ödəyicisi olan işəgötürən tərəfindən işçiyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162-ci (Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi) maddəsinin birinci hissəsində nəzərdə tutulan minimum məbləğdən daha artıq məbləğ ödənilərsə, həmin artıq məbləğ işəgötürənin vergi tutulan gəlirlərindən çıxıla bilərmi?


Cavab

Vergilər Nazirliyinin açıqlamasında bildirilir ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

Əmək Məcəlləsinin 162-ci maddəsinin 1-ci hissəsinə əsasən, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

Vergi ödəyicisinin müraciətində qeyd olunan halda işçiyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməli olan məbləğdən artıq ödənilmiş hissəsi işəgötürənin sərbəst mənfəəti hesabına maliyyələşdirilməklə gəlirdən çıxılan xərclərə aid edilmir.

Mənbə

2019-10-29 | Kadr işi | Baxılıb: 2314 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.