e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Vergi ödəyicisi həm özünün istehsal etdiyi, həm də digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur. Bu halda hansı vergi öhdəlikləri yaranır?


Cavab

Vergi Məcəlləsinə (VM) əsasən (102.1.11, 106.1.14, 164.1.18, 199.9 və 219.7-ci maddələr), kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2019-cu il yanvarın 1-dək, gəlir vergisindən isə müddətsiz azad edilmişlər.

VM-in 13.2.60-cı maddəsində göstərilmişdir ki, kənd təsərrüfatı məhsullarının istehsalı - sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsidir.

Qeyd olunanlara əsasən:

Vergi ödəyicisi tərəfindən istehsal olunmuş kənd təsər­rüfatı məhsullarının satışından əldə edilmiş gəlirlər (hasilatın həcmi), müvafiq olaraq, gəlir vergisindən və sadələşdirilmiş vergidən azaddır. Kənd təsər­rüfatı məhsullarının istehsalçılarından alınmış məhsulların satışından əldə olunmuş gəlirdən (hasilatdan) isə vergi ödəyicisi seçdiyi vergitutma metodundan (gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq, müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

Mənbə - vergiler.az/art-view2/6879

2018-02-21 | İqtisadiyyat | Baxılıb: 2751 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.