e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanların vergidən azad edilən əməliyyatların uçotunu aparmaq kimi öhdəliyi varmı?


Cavab

Vergidən azad olunan gəlir əldə edən şəxslər də digər sahibkarlıq fəaliyyəti subyektləri kimi vergitutma obyektlərinin dəqiq uçotunu aparmağa borcludurlar. Ona görə də kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslər bu əməliyyatlar üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməli və vergi orqanına bəyan etməlidirlər.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşti və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəkdir.

Əsas: Vergi Məcəlləsi, 58.15-ci maddə və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun 2-ci maddəsi

2019-09-05 | Vergilər | Baxılıb: 1993 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.