e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

ƏDV ödəyicisi olan şirkət daxili yükdaşıma fəaliyyəti ilə yanaşı digər fəaliyyətlərlə də məşğul olur. Vergi Məcəlləsinə uyğun olaraq daxili yükdaşıma fəaliyyəti ilə bağlı sadələşdirilmiş vergi ödəyir və bu fəaliyyətə ƏDV tətbiq etmir. Növbəti ildən Məcəllənin 156.1.1-ci maddəsinə görə vergi orqanına müraciət edərək daxili yükdaşıma fəaliyyəti ilə bağlı satışlara ƏDV tətbiq edə bilərmi?


Cavab

Vergilər Nazirliyinin sualla bağlı şərhində bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər aşağıdakı tələblərə cavab verdiyi halda ƏDV qeydiyyatına alına bilər:

  • göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;
  • digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;
  • göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən.
Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər, yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir və həmin şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.

2019-12-14 | Vergilər | Baxılıb: 2044 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.