e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Mehmanxanalarda nəzarət-kassa aparatı (NKA) və POS-terminal quraşdırılmalıdırmı?


Cavab

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək vəzifəsi yalnız pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə aid edilir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsi ilə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir.

Vergi Məcəlləsinin 16.1.11-1-ci maddələrinə görə, nağdsız ödənişlərin aparılması üçün "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq, POS-terminalların quraşdırılmasını və (və ya) "Elektron ticarət haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən, istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"nın 1.2-ci bəndinə əsasən, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, mehmanxanalarda POS-terminal quraşdırılmalıdır.

Qeyd olunanlara əsasən:

Mehmanxanaların fəaliyyəti nağd pul hesablaşmaları zamanı nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilən fəaliyyət növlərinə aid edilmədiyindən, əhali ilə pul hesablaşmaları aparılarkən müştəridən qəbul edilən nağd pul vəsaitinə görə onlara ciddi hesabat blankı olan qəbz təqdim edilməlidir. Eyni zamanda, müştərilərlə nağdsız hesablaşmaların aparılması məqsədilə, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, mehmanxanalarda POS-terminal quraşdırılmalıdır.

2018-04-18 | Mühasibat uçotu | Baxılıb: 2585 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.