Sual İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin illik dövriyyəsi 200.000 manatdan artıq olduqda sadələşdirilmiş vergi ödəyicisi hüququnu saxlaya bilərmi? |
|
Cavab Vergi ödəyicisinin sualına cavab olaraq Vergilər Nazirliyindən bildirilib ki, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan və yeganə fəaliyyəti ictimai iaşə olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək üçün "İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməsi haqqında məlumat forması" ilə vergi orqanına müraciət edə bilərlər. Bu halda, yeganə fəaliyyəti ictimai iaşə olan şəxslər bu fəaliyyət üzrə sadələşdirilmiş vergini 8 faiz dərəcə ilə hesablayırlar.
İctimai iaşə fəaliyyəti dedikdə, fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti başa düşülür.
Şərtlərə cavab verməyən (fəaliyyəti yalnız ictimai iaşə olmayan) və müvafiq Məlumat formasını təqdim etməyən vergi ödəyiciləri isə ƏDV qeydiyyatına durmaq öhdəliyi yarandığı dövrdən etibarən müvafiq ərizə ilə vergi orqanına müraciət edərək ƏDV ödəyicisi kimi ƏDV bəyannaməsini təqdim etməlidirlər.
Qeyd olunanlar, habelə vergi orqanına edilmiş müraciət barədə daha ətraflı məlumat üçün aidiyyəti üzrə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.