e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Nəşriyyat fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən sifarişçi müəssisəyə kitab nəşri ilə bağlı xidmətlər göstərildiyi halda, sifarişçi müəssisəyə elektron qaimə-faktura təqdim edilməlidirmi?


Cavab

Vergi Məcəlləsinin (VM) 16.1.11-6-cı maddəsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

VM ilə müəyyən olunan hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur (VM, maddə 71-1).

Bunlarla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim olunan ilkin uçot sənədidir.

Qeyd olunanlara əsasən:

Nəşriyyat fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən göstərilən kitab nəşri xidmətlərinə görə sifarişçi müəssisəyə elektron qaimə-faktura təqdim edilməlidir.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

2018-03-15 | Vergilər | Baxılıb: 3517 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.