Sual Müəssisə ƏDV ödəyicisidir. İdxal etdiyi mallara görə gömrükdə ödənilən ƏDV büdcədən əvəzləşdirilir. Gələcəkdə satışla əlaqədar olaraq bəzi modellərin qiymətinin ucuzlaşdırılması hallarına rast gəlinir və belə olan halda maya dəyərindən aşağı qiymətə satılır. Mallar maya dəyərindən aşağı qiymətə satılarkən hansı ƏDV öhdəliyi yaranır? |
|
Cavab Vergilər Nazirliyinin şərhinə əsasən, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.
Həmçinin təqdim etdiyiniz mala görə hesablanmış ƏDV idxalda ödədiyiniz və əvəzləşdirdiyiniz ƏDV-dən az olduqda fərq tərəfinizdən büdcəyə ödənilməlidir.
Mallar güzəştli qiymətlə təqdim edilərkən, güzəştli qiymət vergi ödəyicisinin 30 gün ərzində eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsindən 30 faizdən aşağı olduqda ƏDV hesablanarkən vergitutma məqsədləri üçün satış qiyməti olaraq məhsulun bazar qiyməti əsas götürülür.
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.