Dövlət mülkiyyətində olan bəzi torpaqların icarəsi ləğv edilir2020-04-24 | Hüquq | 4460Azərbaycanda dövlət mülkiyyətində olan bir sıra torpaq sahələrinin icarəyə verilməsi ləğv edilir. Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Torpaq icarəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin torpaqları icarəyə verilən dövlət torpaqları siyahısından çıxarılır. Təklif müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.