Maliyyə lizinqi ilə alınan aktivlərə görə vergi öhdəliyi2022-10-27 | Vergilər | 3816Maliyyə mütəxəssisi Vüqar Mirheydərov “vergiler.az”a açıqlamasında mövzu ilə bağlı maraq doğuran məsələlərə aydınlıq gətirir. Maliyyə lizinqi üzrə əməliyyatlar Vergi Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən,maliyyə lizinqinin obyekti əsas vəsaitlər kimi təsnif ediləcək daşınar və daşınmaz əmlak ola bilər. Maliyyə icarəsi müqavilələri üzrə icarəçi qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edə bilərlər. Aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır (şərtlərdən birinin yerinə yetirilməsi kifayətdir):
Maliyyə icarəsi müqaviləsində kredit ödənişlərinin faiz dərəcəsi göstərilməlidir. Bu dərəcə müəyyən edilmədikdə, habelə maliyyə lizinqi həyata keçirən qeyri-rezidentlərə, qarşılıqlı surətdə asılı şəxslərə maliyyə lizinqi üzrə icarə ödəmələrinin cari dəyərini müəyyənləşdirməkdən ötrü istifadə edilən faiz dərəcəsi ödəmələr aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizi məbləğində götürülür. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.