e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilir

2015-01-26 | Kadr işi | 3172

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

"APA-Economics"in məlumatına görə, sənədə əsasən Dövlət Sosial Müdafiə Fondu 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etməlidir.

Bundan başqa, fonda fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Mənbə: http://az.apa.az/news/370436


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.