e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycan ümumi vergi bəyannaməsinin tətbiqinə hazırlaşır

2015-07-30 | Vergilər | 2580

"Gələcəkdə Azərbaycanda ümumi vergi bəyannaməsinin tətbiqi mümkündür".

Trend-in məlumatına görə, bunu vergilər nazirinin beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədov Vergilər Nazirliyinin Tədris Mərkəzində "Vergi öhdəliklərinin yerinə yetirilməsində sosial tərəfdaşların rolu" mövzusunda keçirilmiş "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, nazirlik bu sahədə xarici təcrübəni kifayət qədər yaxşı öyrənib: "Azərbaycanda ümumi bəyannaməyə keçid üçün zəruri resurslar və infrastruktur var, informasiya texnologiyaları tətbiq edilir. Lakin əhalinin vergi mədəniyyətini inkişaf etdirmək və yüksəltmək, könüllü ödənişlərin artırılmasına yardım etmək çox vacibdir".

Mənbə: http://az.trend.az/business/economy/2420410.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.