e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Riskli vergi ödəyiciləri barədə məlumatı necə əldə etmək olar?

2021-04-05 | Vergilər | 418

Dövlət Vergi Xidməti tərəfindən riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanı yaradılıb və vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında məlumat kommersiya (vergi) sirri hesab edilmir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, riskli vergi ödəyiciləri ilə bağlı məlumatlandırma riskli ödəyicilərin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Çünki vergi ödəyicisinin riskli vergi ödəyicisi ilə əməliyyatlar aparması onun özü üçün də riskin artması deməkdir. Bu, həm səyyar vergi yoxlaması, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.

Vergi Məcəlləsinə əsasən, riskli vergi ödəyicilərinə münasibətdə bir sıra məhdudiyyətlər tətbiq olunur. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və ya riskli əməliyyatlar aparan şəxsdir.

Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir.

Eyni zamanda, vergi ödəyicisi digər bir vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısında olub-olmadığı haqda məlumatı əldə etmək üçün Dövlət Vergi Xidmətinin “www.e-taxes.gov.az” rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub, "Riskli vergiödəyicilərinin axtarışı" xidmətindən istifadə edə bilər.

Mənbə: https://vergiler.az/news/taxes/12485.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.