e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergi ödəyicisi gəlirlərinin və xərclərinin dəqiq uçotunu gecikdirməməlidir

2021-10-01 | Vergilər | 288

Hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisi, eyni zamanda, vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur.

Sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən çəkilmiş xərclər isə ilkin uçot sənədləri əldə edilməklə rəsmiləşdirilməlidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır. Həmçinin vergi ödəyicisi tərəfindən ödəniş həyata keçirilərkən ödənişin təyinatı göstərilməlidir.

Qeyd olunanlara əsasən, hüquqi şəxs tərəfindən marketinqlə əlaqədar olaraq, ödədiyi xərclər gəlirin əldə olunması ilə bağlı olduqda və rəsmiləşdirildikdə gəlirdən çıxıla bilər.

Mənbə: https://vergiler.az/news/taxes/14907.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.