e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

DİQQƏT! Əmək Qanunvericiliyi ilə bağlı İnzibati Xətalar Məcəlləsində YENİ VƏ AKTUAL CƏRİMƏ NÖVÜ

2021-11-19 | Hüquq | 235

İnzibati Xətalar Məcəlləsinə təklif edilən 539.1-1-ci maddədə qeyd edilir ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən əməl edilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə ediləcək.

Mks.az saytı olaraq, Maddənin izahı ilə bağlı bir nümünəni diqqətinizə çatdırmaq istəyirik. İşçi Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edir ki, onun 30 günlük məzuniyyət günü hüququ olmasına baxmayaraq, işəgötürən 21 gün məzuiyyət günü müəyyən edib. DƏMX həmin halı araşdırır ki, işçi mütəxəssis vəzifəsində çalışsa da, ona səhv olaraq 30 gün yox, 21 gün məzuniyyət günü müəyyən edilib. Bu zaman, dövlət qurumu tərəfindən işəgötürən göstəriş verir ki, müəyyən müddət ərzində həmin pozuntu aradan qaldırılsın. İşəgötürən həmin pozuntunu qeyd edilən müddət ərzində aradan qaldırmazsa, o zaman DƏMX İnzibati Xətalar Məcəlləsinə təklif edilən 539.1-1-ci maddəsinə uyğun olaraq, vəzifəli şəxsləri 1 000 manat, hüquqi şəxsləri isə 2 000 manat məbləğində cərimə etmək hüququna malikdir.

Mənbə: http://www.mks.az/hr/publidzations/item/12147-diqq%C9%99t-%C9%99m%C9%99k-qanunvericiliyi-il%C9%99-ba%C4%9Fl%C4%B1-inzibati-x%C9%99talar-m%C9%99c%C9%99ll%C9%99sind%C9%99-yeni-v%C9%99-aktual-c%C9%99rim%C9%99-n%C3%B6v%C3%BC.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.