![]() Azərbaycanda kənar auditorlara dair tələblər müəyyənləşib2015-11-14 | Audit |![]() Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələblər haqqında Qaydalar"ı təsdiqləyib. APA-nın məlumatına görə, Qaydalar noyabr ayından qüvvəyə minib. Bu, investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının kənar auditorlarına dair tələbləri müəyyən edir. Kənar auditor investisiya şirkətində, fond birjasında, klirinq təşkilatında və investisiya fondunun depozitarında kənar auditi həyata keçirən auditor təşkilatıdır. Audit subyektlərinin kənar auditoru auditor fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi razılığa (lisenziyaya) malik olmalı, audit subyektlərinin aidiyyəti şəxsi olmamalı, ən azı iki mütəxəssisi beynəlxalq mühasiblik dərəcəsinə və audit fəaliyyəti üzrə azı 3 il iş təcrübəsinə malik olmalıdır. Kənar auditor öz yoxlamasını audit subyektlərindən və onların səhmdarlarından asılı olmadan müstəqil aparmalıdır. Kənar auditorun müstəqilliyi onun mütəxəssislərinin müstəqil fikrinə və müstəqil görüntüsünə əsaslanmalıdır. Kənar auditorun müstəqilliyi aşağıdakı təhlükələrin ona mühüm dərəcədə təsir göstərdiyi təqdirdə və bu təhlükələri qəbul oluna biləcək səviyyəyə endirmək mümkün olmadığı hallarda itirilmiş hesab olunur:
Mənbə: http://az.apa.az/news/404722 |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.