Bakıda II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək2024-01-23 | Mühasibat uçotu | 3884“Rəqəmlərin ritmi” ilə başlayan yol 2023-cü ildə ölkəmizdə ilk dəfə “Facemark” və “Good Finance” şirkətlərinin ortaq təşkilatçılığı ilə “Vergi və Mühasibatlıq Zirvəsi” (VMZ2023) keçirildi. Tədbirdə 600 nəfərə yaxın mühasib, maliyyəçi, vergi mütəxəssisi, sahibkar və digər bu sahədə maraqlı şəxslər iştirak etdilər. “Rəqəmlərin ritmi” sloqanı ilə keçirilmiş ilk “Vergi və Mühasibatlıq Zirvəsi” qarşısına qoyduğu məqsədlərə çatmış, təkcə mühasibatlıq və vergi ilə məhdudlaşmayan, həm də maliyyə, audit və idarəetmə kimi istiqamətlərin əhatə olunduğu, sahibkarlar, mühasiblər, maliyyəçilər və digər aidiyyəti şəxslər arasında təcrübə mübadiləsi, maariflənmə və şəbəkələşmənin ön plana çıxdığı bir tədbir olmuşdur. Eyni zamanda ilk “Vergi və Mühasibatlıq Zirvəsi”nin çıxışları, toxunulan mövzular üzrə hazırlanmış təkliflər ayrıca kitabça şəklinə salınaraq növbəti tədbirdə iştirakçılara təqdim ediləcəkdir. Tədbir həmin ərəfədə və sonrakı müddətdə böyük əks-səda doğurmuş, aparıcı media strukturlarında işıqlandırılmış, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdur. “VMZ-2023”ün baş tutduğu 13 mart 2023-cü ildən indiyədək iştirakçılar, eləcə də zirvəni sosial media hesablarından izləyən şəxslərdən çoxlu müsbət rəylərlə yanışı təkliflər, bəzən isə iradlar daxil olmuşdur. Onlardan daxil olmuş fikirlər yeni zirvənin keçirilməsinə zəmin hazırlamış və maliyyə-mühasibat sektorunun növbəti tədbir üçün sosial sifarişi kimi qəbul olunmuşdur. “Düzgün hesab” konsept mesajı ilə VMZ2024 Vergi ilə bağlı qanunlarının sürətli dəyişilməsi və tənzimləmələrin daha çox olması, şirkətlərin və mühasibat təşkilatlarının bu dəyişikliklərə sürətli və səmərəli şəkildə cavab vermələrini tələb edir. Vergi və mühasibat sahəsində dijital texnologiyaların və avtomatlaşdırmanın rolunda da artım müşahidə olunur. Hesabını düzgün aparanlar istənilən dəyişikliyə rəqiblərindən daha effektiv ayaq uydurmaq iqtidarında olacaqdır. Beləliklə, “Düzgün hesab” sloqanı ilə növbəti “Vergi və Mühasibatlıq Zirvəsi” (VMZ2024) 16 mart 2024-cü ilə təyin olunmuşdur. Niyə “Düzgün hesab”?! Biznesin inkişafı və risklərinin minimuma endirilməsi hərtərəfli ölçüb-biçməkdən, yəni düzgün hesab edə bilməkdən keçir. Biznesin daxilində “Düzgün hesab” edənlər isə mühasiblər və maliyyəçilərdir. Builki tədbir də özündən əvvəlki kimi xeyli sayda tanınmış ekspert və mütəxəssislərin iştirakı və bir sıra aparıcı şirkətlərin dəstəyi ilə baş tutacaq. Zirvədə maliyyə planlaması, şirkət büdcəsi, vergi sahəsindəki yeniliklər, risk idarəetməsi, hesabatlılıq, daxili nəzarət, audit, biznesin inkişafında uçotun əhəmiyyəti və mühasibat sektorunda karyera imkanları kimi vacib mövzular əhətə olunacaq. 16 mart 2024-cü ildə “Baku Marriott Boulevard” hoteldə 2-ci dəfə Facemark və Good Finance şirkətlərinin təşkilatçılığı ilə “Vergi və Mühasibatlıq Zirvəsi”ndə “Düzgün hesab” etmək üçün toplanacağıq! Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak üçün zirvənin rəsmi veb səhifəsindən (www.vmz.az) və sosial media hesablarını ziyarət edə bilərsiniz. Mənbə: https://report.az/biznes-xeberleri/bakida-ii-vergi-ve-muhasibatliq-zirvesi-kecirilecek/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.