![]() Azərbaycanda vergi yükü 40%-dən azdır2015-11-25 | İqtisadiyyat |![]() Dünya Bankı və beynəlxalq auditor şirkəti tərəfindən hazırlanmış "Paying Taxes 2016" icmalında Azərbaycan 34-cü yeri tutub. Bir il əvvəl Azərbaycan bu icmalda 33-cü sırada dayanırdı. Auditor şirkətinin saytında dərc edilmiş icmala əsasən, 189 ölkənin iqtisadiyyatının qiymətləndirilməsi aparılıb. DB və PwC-nin qiymətləndirməsinə əsasən, Azərbaycanda vergi yükü 39,8% (bir il əvvəl 40% idi) təşkil edir. "Bu göstərici Mərkəzi Asiya və Şərqi Avropanın göstəricisindən (35,2%) yüksək, dünyadakı orta səviyyədən (40,8%) aşağıdır. Vergi yükünün böyük hisssəsini gəlir vergisi və sosial ödənişlər təşkil edir. Region üçün bu göstərici 53%, dünya üçün 40% təşkil edir",- deyə hesabatda qeyd edilir. İcmala əsasən, Azərbaycanda hər il vergiödəyicilərinə vergi ödəmək üçün 195 saat ( ötən ilin göstəricisinə uyğun gəlir), orta hesabla 7 ödəniş etmək lazım gəlir ( dəyişməyib). "Dünya üzrə zaman xərci 264 saat, region üzrə 247 saat təşkil edir, regionda 21,2, dünyada 25,6 vergi ödənişi həyata keçirilir",- deyə hesabatda bildirilir. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.